ONN MEDİA

İki velosipedçimiz İsveçrəyə yollanır

İki velosipedçimiz İsveçrəyə yollanır
11 Yanvar 2019 - 13:59

ONN media xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) arasında şosse velosipedi üzrə U-23 yığma komandamızın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrənin Eql yerləşən Dünya Velosiped Mərkəzində (World Cycling Centre) 6 aylıq təcrübə keçməsi barədə razılıq əldə olunub.

AzVİF-dən verilən məlumata görə, idmançılarımız yanvar ayının 15-dən etibarən 6 ay müddətində burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla öz ustalıqlarını artıracaqlar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqı hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir.

Azərbaycan velosiped tarixində ilk dəfə olaraq 2 idmançımız eyni anda adı çəkilən idman mərkəzində ustalığını artıqmaq şansı əldə edib.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP