ONN İnformasiya Agentliyi

Klublarımız UEFA-dan nə qədər vəsait əldə edib?

Klublarımız UEFA-dan nə qədər vəsait əldə edib?
18 Yanvar 2019 - 23:36

Azərbaycan klubları UEFA-dan 20 milyon avro vəsait əldə edib.

ONN media xəbər verir ki,, bu barədə Avropa futbol qurumunun 2017-ci ili əhatə edən hesabatında bildirilir. Azərbaycan bu göstərici ilə klubları avrokuboklarda əldə etdikləri nəticələrə görə ən çox pul qazanan ölkələrin “Top-20”də qərarlaşıb.

2016-cı illə müqayisədə, Azərbaycan klublarının UEFA-dan ümumi gəlirində 103 faiz artım olub ki, bu da “Qarabağ”ın ölkə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlıdır. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off və qrup mərhələsində çıxışına 16 milyon 819 min avro mükafat alıb.

Ümumilikdə isə 2017-ci ildə Avropa futbol qurumu tərəfindən Azərbaycan klublarına ayrılan pulun 91 faizi “Qarabağ”a çatıb. Hesabatda bildirilir ki, həmin dövrdə Odlar Yurdu təmsilçilərinin qazancının 59 faizini UEFA-dan gələn vəsait təşkil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png