ONN İnformasiya Agentliyi

“Mançester Yunayted”in əfsanəsi HƏBS EDİLDİ

“Mançester Yunayted”in əfsanəsi HƏBS EDİLDİ
17 Aprel 2019 - 23:22
İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi Niki Batt həbs olunub.
 
ONN media ONA-ya istinadən xəbər verir ki, sabiq futbolçu həyat yoldaşı ilə münaqişə üzündən saxlanılıb.

Hazırda Mançester klubunun futbol akademiyasının rəhbəri olan 44 yaşlı N.Battın gecə saat 2-də evə gəldiyi üçün həyat yoldaşı ilə mübahisəsi düşüb. Dava-dalaş polisin hadisə yerinə çağırılması ilə nəticələnib.
Sabiq futbolçunun xanımında kiçik xəsarətlər aşkarlanıb. Lakin Şelli Barlou xəstəxanaya yerləşdirilməkdən imtina edib. Futbolçu isə hadisənin araşdırılması üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, N.Batt 1992-2004-cü illərdə “Mançester Yunayted”də çıxış edib. O, komandası ilə Çempionlar Liqası və Qitələrarası kubokun, daxili arenada isə 6 dəfə Premyer Liqanın, 2 dəfə ölkə kubokunun, 4 dəfə Superkubokun qalibi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png