“Neftçi” 3 futbolçu ilə yollarını ayırdı

“Neftçi” komandası üç futbolçusu ilə yollarını ayırıb.

ONN media  klubun rəsmi saytına istinadən xəbər verir ki, flaqman müdafiəçilər Petru Raku, Məhəmməd Mirzəbəyov və yarımmüdafiəçi Qoran Paratski ilə müqaviləni yeniləməyib.

Klub hər bir oyunçuya gələcək karyerasında uğurlar arzulayıb. Sonuncu mövsümdə Mirzəbəyov 13, Paratski 26 (2 qol), Raku isə 2 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” 2018-2019 mövsümünü 58 xalla ikinci pillədə başa vurub.