Neymara ağır cəza verildi – Səbəb?

“Paris Sen-Jermen” komandasının ulduzu Neymar ağır cəzalandırılıb.

ONN media xəbər verir ki, braziliyalı ulduz Fransa kubokunun finalından sonra azarkeşə yumruq vurduğu üçün Fransa Futbol Federasiyası ona 3 matçlıq cəza verib.

Neymarın cəzası gələn həftədən etibarən qüvvəyə minəcək. Onun PSJ-nin “Angers”lə sabah baş tutacaq liqa matçında forma geyinmək şansı var. 27 yaşlı futbolçu liqanın son iki həftəsində “Diyon” və “Reyms”lə keçiriləcək oyunlara çıxa bilməyəcək.