ONN İnformasiya Agentliyi

Özil “Arsenal”la bağlı qərarını açıqladı

Özil “Arsenal”la bağlı qərarını açıqladı
02 May 2019 - 19:57
“Arsenal”ın superulduzu Məsut Özil klubdan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
30 yaşlı yarımmüdafiəçi “Arsenal”dan ayrılma xəbərlərini yalanlayaraq komanda da xoşbəxt olduğunu və qalmaq istədiyini bildirib.
“Sky Sports”a danışan futbolçu “Hələ 30 yaşındayam və qarşımda uzun illər var. Burada, “Arsenal”da qalmaq istəyirəm. Klubumla daha 2 illik müqaviləm var. Sonra nə olar, bilmirəm, amma indi komandadan ayrılmaq istəmirəm” sözlərini dilə gətirib.
Unai Emeri ilə arasında hər hansı problem olmadığını dilə gətirən Özil “Bu mövzu haqqında çox fərziyyə var, lakin aramızda heç bir problem yoxdur” cümlələrini müsahibəsinə əlavə edib.
Qeyd edək ki, bu mövsüm Məsut Özil “Arsenal”da 31 oyunda 6 qol, 2 asistlə yadda qalıb. (Milli.Az)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png