“Qalatasaray” növbəti transferini həyata keçirdi

“Qalatasaray” növbəti transferini həyata keçirib.

ONN media klubun saytına istinadən bildirir ki, “Bursaspor”dan ayrılan Emre Taşdemirlə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən həftə Bursa klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən 23 yaşlı müdafiəçi cari mövsüm superliqada cəmi 1 matçda iştirak edib.