ONN İnformasiya Agentliyi

UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ

UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ
23 May 2019 - 13:46

ONN media xəbər verir ki, UEFA İngiltərənin “Arsenal” klubuna xəbərdarlıq edib.
 
Qitə futbol qurumu “Arsenal”ı Bakıda “Çelsi” ilə keçirəcəyi Avropa Liqasının final matçında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb. UEFA oyun zamanı fanatların istənilən protestlərinin qarşısını almaq üçün belə addım atıb.
 
Bu yöndə artıq müəyyən təcrübə də var. UEFA daha əvvəl Polşanın “Legiya” (Varşava) klubunu azarkeşlərinin oyun zamanı “Futbol yox, pul daha vacibdir” plakatına görə cərimələyib.
 
Qeyd edək ki, “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı şəxsi istəyi ilə Bakıya gətirməyəcək. Oyun isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png