UEFA prezidenti kim seçildi?

İtaliyanın paytaxtı Romadakı 43-cü Konqresdə UEFA prezidenti postuna seçki keçirilib. 

ONN media qurumun saytına istinadən xəbər verir ki, Aleksandr Ceferin növbəti 4 il müddətinə bu vəzifəyə seçilib. Sloveniyalı funksioner seçkidə yeganə namizəd olub. 

Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir.