ONN İnformasiya Agentliyi

UEFA Ronaldonu 20 min avro məbləğində cərimələyib – SƏBƏB?

UEFA Ronaldonu 20 min avro məbləğində cərimələyib – SƏBƏB?
22 Mart 2019 - 5:56

Avropa Futbol Federasiyaları Birliyi UEFA “Yuventus” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu cərimələmək qərarına gəlib.

ONN media xəbər verir ki, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Atletiko Madrid”ə qarşı keçirdiyi oyunda qeyri-etik hərəkətinə görə 20 min avro məbləğində cərimə olunub.

Xatırladaq ki, martın 12-də keçirilən oyun zamanı 34 yaşlı hücumçu “Atletiko”nun baş məşqçisi Diyeqo Simeonenin ədəbsiz hərəkətini təkrarlayıb.

Qeyd edək ki, hər iki oyunun nəticəsinə görə, “Yuventus” 3:2 hesablı üstünlüyü ilə turnirin növbəti mərhələsinə yüksəlib.(trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png