ONN İnformasiya Agentliyi

Xavi karyerasını başa vurur?

Xavi karyerasını başa vurur?
02 May 2019 - 23:20

“Barselona”nın əfsanəvi yarımmüdafiəçisi olmuş Xavi karyerasını başa vurmaq qərarı alıb.

ONN media  xəbər verir ki, 39 yaşlı futbolçu idman karyerasındakı son mövsümünü Qətərin “Əl-Sadd” klubunda keçirəcək.

Xavi bildirib ki, futbolçu kimi karyerasını başa vurduqdan sonra həyatında baş verəcək dəyişiklikləri səbirsizliklə gözləyir: “Bu, mənim oyunçu kimi son mövsümümdür. Gələcəkdə məşqçi qismində məni nələr gözləyəcəyini səbirsizliklə gözləyirəm.

Futbol insanları birləşdirmək və həyatı yaxşılığa doğru dəyişmək üçün əla vasitədir. Növbəti dörd həftə ərzində mən 21 il davam edən oyunçu karyeramı başa vuracam”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png