Zidan geri qayıdır

İspaniyanın “Real Madrid” klubu sabiq baş məşqçisi Zinəddin Zidanı geri qaytarıb.

ONN media xəbər verir ki, qərar Madrid təmsilçisinin idarə heyətinin iclasından sonra elan edilib.

Fransalı mütəxəssisin rəhbərliyi ilə ilk məşq martın 12-də və ya 13-də nəzərdə tutulur.

Zinəddin Zidan 2016-2018-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. “Kral klubu” onun rəhbərliyi ilə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının və bir dəfə İspaniya La Liqasının qalibi olub. Hazırda “Real Madrid” 27 turdan sonra 51 xalla üçüncü pillədə qərarlaşıb.