ONN İnformasiya Agentliyi

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
12 Mart 2019 - 23:36

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 67,52 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,6 dollar/barel çoxdur.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,98 dollar/barel təşkil edib ki,  bu, əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 65,22 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,71 dollar/barel çoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png