ONN İnformasiya Agentliyi

Banklar gücləndirilmiş iş rejiminə keçir

Banklar gücləndirilmiş iş rejiminə keçir
22 May 2019 - 13:47

2019-cu il UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ONN media xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata i-map informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradıb.

May ayının 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə banklar 27 may-1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ümumilikdə ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcək.

9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcəkdir.

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata tərəfindən istifadəyə verilmiş İ-MAP informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradılıb. Aşağıda qeyd olunan keçid vasitəsilə adıçəkilən bölməyə daxil olan istifadəçilər 27 may-1 iyun tarixlərində ölkəmizdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat əldə edə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png