ONN MEDİA

Neftimizin SON QİYMƏTİ

Neftimizin SON QİYMƏTİ
10 Yanvar 2019 - 23:42

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 62,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,86 dollar/barel çoxdur.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,87 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki,  bu, əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 59,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,62 dollar/barel çoxdur.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP