Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

ONN media xəbər verir ki, yanvarın 10-da qızılın qiyməti yanvarın 9-u ilə müqayisədə 23,171 manat artaraq 1 unsiya üçün 2202,8515 manat təşkil edib.

Gümüş 0,2096 manat bahalaşaraq 1 unsiya üçün 26,772 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 6,4345 manat artaraq 1405,492 manat, palladiumun qiyməti isə 34,459 manat azalaraq 2238,526 manat təşkil edib.(trend)