ABŞ-da azərbaycanlı ər arvadını ÖLDÜRDÜ

ABŞ-ın Viskonsin ştatında yaşayan 23 yaşlı ukraynalı Tatyana Qujva həyat yoldaşı Fuad Paşayev tərəfindən vəhşicəsinə qətlə yetirilib.

ONN media xəbər verir ki, Viskonsin-Dels şəhərinin polis departamenti bildirib ki, Tatyana Qujva cümə axşamı günü Vaşinqton bulvarında yerləşən evindən ölü tapılıb.

Polis şübhəli kimi onun əri, 31 yaşlı Fuad Paşayevi saxlayıb. Fuad Paşayev yanvar ayında məişət zorakılığına yol verdiyi üçün saxlanılaraq xəbərdarlıq alıb.

Hazırda Fuad Paşayevə qarşı cinayət işi qaldırılıb.

ABŞ ictimaiyyəti polisi Tatyana Qujvanın təhlükəsizliyini təmin etməməkdə ittiham edir. Bildirilir ki, əgər polis Tatyananın ilk müraciətinə ciddi yanaşsaydı, qətl hadisəsi baş verməzdi.(teleqraf)