ONN İnformasiya Agentliyi

Azərbaycanlılar İstanbulda qan davasına görə bir-birilərini qırıblar

Azərbaycanlılar İstanbulda qan davasına görə bir-birilərini qırıblar
01 Fevral 2019 - 21:24

 İstanbulda son 4 ildə azərbaycanlılar arasında baş verən silsilə qətllərin arxasında “qan davası” olduğu müəyyən edilib.

ONN media  xəbər verir ki, hadisə ilə bağlı şübhəli hesab edilən Sahib Məmmədov həbs edilib.

İstanbul polisi müəyyən edib ki, Məmmədovlar və Əliyevlər arasında qan davası uzun müddətdir ki, davam edirmiş.

Belə ki, ilk cinayət 2015-ci ildə dekabrın 19-da baş verib. Bu zaman Ramil Məmmədov gülələnərək öldürülüb. Araşdırmalar zamanı Ramil Məmmədovun Natiq G. və atası Yapon G. tərəfindən öldürüldüyü, sifarişin Əliyevlər tərəfindən verildiyi müəyyən edilib.

Daha sonra 2017-ci ilin yanvar ayının 15-də Əliyevlər ailəsinin nümayəndəsi Misirxan Əliyev güllələnərək öldürülüb. Bu cinayətin Sahib Məmmədov və iki yaxını tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı o da məlum olub ki, 2015-ci ildə öldürülən Ramil Məmmədov Sahib Məmmədovun böyük qardaşı olub.

Sahib Məmmədov qardaşını qisasını almaq üçün Misirxan Əliyevin qardaşı Gəncəli Əliyevi də 2018-ci il avqustun 8-də öldürüb.

Bu cinayətdən sonra bu dəfə Əliyevlər ailəsinin üzvü Asif Əliyev 2018-ci il avqustun 22-də Məmmədovlar ailəsinin daha bir üzvünü – Rahil Məmmədovu öldürüb. Asif Əliyev həbs edilib. Amma qan davası bununla bitməyib. Qan davasının son qurbanı 2018-ci il oktyabrın 7-də öldürülən Ruhil Ağayev olub. Ağayevi öldürənlər hadisə yerindən qaçıdığı üçün onları müəyyən etmək mümükün olmayıb.

Baş verən cinayətlərlə bağlı araşdırmalar aparan İstanbul polisi hadisələrdə şübhəli sayılan Sahib Məmmədovu ötən gün həbs edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png