Bakıda çörək sexində 1 nəfər BIÇAQLANDI

Bakıda bıçaqlanma hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində baş verib.

Həmin sexdə işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib.

Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.