ONN MEDİA

FHN əməkdaşını qətlə yetirənin kimliyi məlum oldu

FHN əməkdaşını qətlə yetirənin kimliyi məlum oldu
13 May 2019 - 23:04
Sumqayıtda Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirən şəxsin kimliyi məlum olub.
ONN media “Trend”ə istinadən xəbər verir ki, qətl hadisəsini Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu törədib.
Məlumatda bildirilir ki, Ş.İbrahimov Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək oranın işçisi Kərimov Emin Vəli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki zərbə endirib. E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra Ş.İbrahimov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlayıb.

Xatırladaq ki, mayın 8-də səhər saatlarında Sumqayıt şəhər sakini, Fövəqladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, 1984-cü il təvəllüdlü çavuş Kərimov Emin Vəli oğlu iş yerinin həyətində qətlə yetirilib.


ONN informasiya agentliyi

image_print Çap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP