ONN İnformasiya Agentliyi

Gəncə sakini qeyri-rəsmi yaşadığı qadının qardaşını bıçaqladı

Gəncə sakini qeyri-rəsmi yaşadığı qadının qardaşını bıçaqladı
20 Fevral 2019 - 15:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda kirayədə yaşayan şəxsi bıçaqlamaqda təqsirləndirilən Mətləb Zalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

ONN media xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb. Məlum olub ki, M.Zalovun bıçaqladığı şəxs qeyri-rəsmi yaşadığı qadının qardaşıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png