ONN İnformasiya Agentliyi

Metroda sevgilisini bıçaqladı və…

Metroda sevgilisini bıçaqladı və…
04 İyun 2019 - 19:08

Bu gün Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, V.Abdullayev ötən il sentyabrın 4-də Bakı Metropoliteninin “Nəsimi” stansiyasının platformasında 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V.Abdullayev daha sonra saxlanılıb. Məlumata görə, o, E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png