Qadından AĞLASIĞMAZ ADDIM – Mafiya ilə əlbir olub sevgilisini…

İtaliyada 64 yaşlı qadın 41 yaşlı keçmiş sevgilisi ilə haqq-hesab çürütmək üçün Siciliya mafiyasının xidmətinə müraciət edib.

ONN media  xəbər verir ki, qadın sevgilisinin ondan ayrılması və zinət əşyalarını oğurlaması ilə barışa bilməyib və mafiyanın 4 üzvü ilə pul qarşılığında razılığa gəlib.

Qadının sevgilisi Albaniya sakini Lamac Astridin cəsədi 6 il sonra beton divardan tapılıb. Kişinin şəxsiyyətini üzərində olan paltarlar sayəsində müəyyən etmək mümkün olub.

Cəsəd tapıldıqdan sonra ölkədən qaçmağa cəhd edən qadın və cinayətdə iştirakda şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıb.(publika.az)