ONN İnformasiya Agentliyi

Qardaşı arvadını bıçaqladı – Səbəbi isə…

Qardaşı arvadını bıçaqladı – Səbəbi isə…
01 Mart 2019 - 19:41

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ələkbər Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

ONN media xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti icalsı martın 7-nə təyin edilib.

İttihama görə, ötən il avqustun 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png