Şirvanda gənc oğlanın meyiti tapılıb

Şirvanda evdən meyit tapılıb.

ONN media xəbər verir ki, Şirvan sakini, 27 yaşlı Ağayev İxtiyar Nəcəf oğlunun meyiti yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 21, mənzil 67 ünvanında aşkar edilib.

Onun yüksək dozada narkotikin təsirindən öldüyü ehtimal edilir.

Faktla bağlı Şirvan Şəhər Polis tərəfindən  araşdırma aparılır.