Azərbaycanın qürurlu mübarizəsinin adıdır 20 YANVAR – professor Aygün ATTAR

Professor Aygün ATTAR, xüsusi olaraq ONN media üçün. Türkiyə, Ankara.

Yanvar hadisələri Azərbaycanda müstəqillik hərəkatının ən vacib təməl daşlarından qəbul edilir.

1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakı şəhərində 137 Azərbaycanlı, Sovet əskərləri tərəfindən qətlə yetirildi. O, zamanın Sovetlər Birliyinin prezidenti Mixail Qarbaçovun əmri ilə Sovet tankları 19-dan 20-nə keçən gecədə Bakı küçələrində azadlıq yürüşü keçirən insanlara qəddarlıqla atəş açmışdır. Açılan atəşlər nəticəsində aralarında uşaq və qadınlarında olduğu 137 Azərbaycan vətəndaşı həyatını itirmiş, 700-dən çox insan yaralanmış, yüzlərlə insan həbs edilmişdir. Azərbaycanda xalqın buna etirazının artması Sovet ordusunu Bakını tərk etməyə məcbur etmişdir.

20 yanvar 1990-cı ildə Bakıda nələr yaşadı? İndi isə hadisələrə canlı şahid olan şəxslərin dilindən o qanlı gecəni eşidək. “Qanlı bir gecədən, qara bir sabaha oyanmışdı Bakı, bütün balkonlarda şəhidlər üçün qanlı bayraq asılmışdı… Bütün yaşananlar əslində Xaçlı zihniyətin dini və milli şəxsiyyətə qarşı duyduğu nifrətin çölə yansıması, Sovetlərin çöküşü qorxusu ilə Türklərə kin qusması idi. İnsan olmayanların insanlığa yaşatdığı qorxunc bir gecə idi 20 yanvar 1990-cı il”.

Gözünü qan bürümüş Sovet ordusunun qəddar qətliamına ilk reaksiya Anadoludan qardaş Türkiyədən gəldi. İstanbul, Ankara, Ərzurum, Iğdır, Kayseri, Amasya, İzmir və bir çox şəhərlərdə Can Azərbaycanın sivil xalqına tank-topla edilən bu insanlığa sığmayan qətliama etiraz üçün yürüşlər keçirildi. İranda yaşayan soydaşlarımız, ölüm bahasına Azərbaycanı ikiyə bölən Azraz çayını üzərək keçib əllərini qanadan tikanlı məftillərə fikir vermədən ortaq tarixlərini silməyə çalışanlara inad qardaşlarının köməyinə qaçdılar. Qısacası qana bulanan, ölümlə qaraldılan bir gecədən aydınlıq və bəyaz bir səhifənin açıldığı sabaha Azərbaycan Türklərinin oyanışıdır 20 yanvar….

Azərbaycanın şərəfli tarixinə qanla yazılan, Sovet rejiminə qarşı milli iradənin baş qaldırdığı Azərbaycanın qürurlu mübarizəsinin adıdır 20 YANVAR… Bir millətin oyanış hekayəsində, Rus tankları və əskərlərinin postlarının izi, mübarizədə yoldaşını itirən Fərizənin onun eşqi ilə həyatına son verməsi 20-ci əsrin son yarısında Leyli və Məcnunu qısqandıracaq qara sevdanın adıdır 20 YANVAR…

Azərbaycan tarixinin qırılma nöqtəsi, qəhrəman Azərbaycan xalqının qeydiyyatdan keçmiş sənədi, ölümün gözlərinə baxaraq işıq üçün qaranlığa qalib gəlməyin özüdür 20 YANVAR… Acının, çilənin azadlıqla taclandırıldığı Bakı küçələrində dirəniş ruhunun adıdır 20 YANVAR…

Əllərində silahları ilə ürəkləri buz tutmuş zombiləşən məxluqlara qarşı könlü azadlıq atəşi ilə yanan Azərbaycan xalqının mübarizəsinin adıdır 20 YANVAR. Ölümlüdür, faciəlidir ama bir o qədər də şərəfli və qürurlu bir mübarizənin adıdır 20 YANVAR. Yanvar ayında doğulan qızım Nərgizə mənə bu məktubu yazdıran gündür 20 YANVAR. 

“Qızım sən hələ doğulmamışdın, məsum insanların qanını tökən Sovet İmperiyası deyilən dövlətin idarəçiləri, Türk olduqlarını bağırmaq, azad yaşamaq üçün küçələrə tökülən Azərbaycan xalqının üzərinə tankların yeridilməsi əmrini verdi. Uşaq, qadın, kişi, yaşlı, cavan demədən hərkəsə atəş açdı. Nə şərəfdir ki, anan da Bakıda o tankların qarşısında duranlardan biriydi Nərgizim.

Qarabağda döyüşən dayılarının yaxın dostu Arif bəy, Qızıl ordu meydanında son anda görüb məni yerə atmasa idi indi mən və sən olmayacaqdıq, bacın yetim qalacaqdı qızım. Anan xilas oldu amma yüzlərlə can Azərbaycanın azadlığı üçün həyatını itirdi o gecə qızım. Məleykə xalan mən öldüm deyə səhərə qədər ağılar oxumuş amma mən ölməsəm də atəş düşən bir çox evdə olduğu kimi bizim evimizdən şəhid olan qardaşlarımız üçün ağılar heç əksik olmadı qızım. 20 yanvar gecəsi, öldürməyə proqamlanmış vəhşi alayın əskərləri ilə göz- gözə gəldikdə qorxmadığımı və Bakı Sovet metrosundan Mərkəzi Komitənin qarşısına qədər olan ərazidə şəhidlərimiz üçün növbədə dayandığımızda anlamışdım bacaracağımızı.

Yerə tökülən qanımız sahibsiz
qalmayacaqdı, balkonlardan bayraq dalğalanan, isti qan qoxulu Bakı küçələrində
sabaha qədər ordaydıq. Sən doğulmamışdın, doğulmağına da çox var idi Nərgizim.
Sovetlər Birliyi deyilən lənətli dövlət, azadlığımızı əlimizdən almaq, azadlıq
deyə bağıran səsimizi kəsmək üçün vətənimizi eynən 1920-ci ildə olduğu kimi
qana bulamışdı. 20 yanvar 1990-cı il mənim vətənimin qanlı amma şərəfli tarixi,
Rus imperatorluğunun çöküşüdür canım qızım. O şanlı tarixin səhifələrini bəzəyən
şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ruhları şad olsun. Sənə və sənin kimi
o pis günlərdən sonra doğulan insanlara Allah uzun ömür versin və bir daha elə
ağrılı günləri yaşatmasın. Yanvarda doğulan qızım, yanvarda ölən insanları və öldürən
qatilləri əsla unutma, bu istiqlal ruhu daşıyan bayrağı yaşa və yaşat
qızım”.

PS: Rusiya xarici işlər naziri Lavrov
iki gün əvvəl açıqlama verərək Dağlıq Qarabağda hərbi təşəbbüsün istifadəsinin
Azərbaycanın daxili məsələsi olmadığını bildirib. Əsl soyadından çəkinməsinə
baxmayaraq, bu uğursuz açıqlama Lavrovun etnik şəxsiyyətinə olan sadiqliyi ilə
yanaşı Rusiyanın ermənipərəst siyasətinin konkret göstəricisiydi. Bu ölkə ilə
siyasətimizi bildiyimiz bu reallıq doğrultusunda olması həqiqətini bir daha
vurğulamaqda fayda olduğunu görür və 20 yanvar şəhidlərinin, Qarabağ müharibəsində
həyatını itirənlərin ruhunu, geriyə qalan bütün Türklərin də qəlbini yaralayan
bu qəbul olunmaz bəyənatı şiddətlə qınayıram. 20 yanvar faciəsində günahsız Azərbaycan
Türklərini qətlə yetirən Rus tanklarının izlərinin hələ tam silinmədiyi o
torpaqlara dair açıqlama edənlərin qanla tariximizə yazdıqları 20 yanvarı
unutmadıq, unutdurmayacayıq..