ONN İnformasiya Agentliyi

14 yaşlı uşaq gündə bunu edərək 200 min dollar QAZANIR

14 yaşlı uşaq gündə bunu edərək 200 min dollar QAZANIR
28 Mart 2019 - 17:53

Amerikada 14 yaşlı uşaq “Fornite” adlı video oyunu sayəsində yüksək məbləğdə gəlir qazanmağa başlayıb.

ONN media bildirir ki, gündə 8 saat video oyunu oynaraq yüz minlərlə qazanan Griffin Spikoski əylənmək məqsədilə başladığı oyunu artıq sadəcə iş olaraq gördüyünü bildirib.

9 ay əvvəl “Youtube”-a yüklədiyi video sayəsində günlər içində minlərlə insan tərəfindən izlənməyə başlayıb. Griffinin videoları olduqca məşhur bir hala gəlib və o, videolarını canlı yayımlamağa davam edib.

“Sceptic” adından istifadə edən Griffin hazırda 1 milyon izləyiciyə sahibdir.

Milyonlarla izləyicisi və abunəçisi olan Griffin oyun zamanı içdiyi meyvə şirələrindən belə reklam almağa başlayıb. Bir müddət sonra otellərlə, mağazalarla və məşhur markalarla reklam reklam müqavilələri imzalayıb. Beləliklə Griffin 9 ay kimi qısa bir müddətdə 200 min dollar gəlir əldə edib.

Məktəb təhsilinə vaxt tapa bilməyən uşaq orta təhsilini onlayn şəkildə aldığını bildirib.(metbuat.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png