ONN MEDİA

2030-cu ildən gəldiyini iddia edən adamın proqnozları bir-bir gerçək olur?

2030-cu ildən gəldiyini iddia edən adamın proqnozları bir-bir gerçək olur?
29 Mart 2019 - 19:33

2030-cu ildən gəldiyini idda edən Noah proqnozları ilə bütün dünyanı sarsıtmışdı.

ONN media bildirir ki, gələcəkdə baş verəcək hadisələrin dəqiq tarixini verən Noahın proqnozlarından bəziləri gerçək olub.

Noah 2019-cu ilin ilk aylarında dünya miqyasında UNO bildirişlərində partlayış baş verəcəyini və Amerikanın Orta Şərq əyalətlərində kəskin soyuqların hökm sürəcəyini bildirmişdi. Noahın iddiaları doğru çıxıb və Amerikanın daxili bölgələri son illərin ən soyuq qış mövsümünü yaşayıb.

Noahın başqa bir iddiasına görə, İngiltərə 2030-cu ilə qədər son dərəcə şok edici hadisələrlə qarşılaşacaq. Noah 29 mart 2019-cu il tarixində AB-dən ayrılacağını dediyi İngiltərənin 2030-cu ilə qədər yendiən Avropa Birliyinə qatılacağını iddia edib. İngiltərədə gələcəkdə qurulan Avropa Super Dövlətinin bir parçası olacağını deyib.

Onun iddialarına görə, 2019-cu ilin aprel ayında görmə əngəli olan şəxslər üçün yeni müalicə üsulu kəşf olunacaq. İyun ayında isə yerimə əngəli olan şəxslər üçün yeni bir texnologiya icad olunacaq.

2020-ci ilin əvvəllərində “A1 Machidan” adlı insana bənzər robot istehsal olunacaq və bu robota qarşı dünya miqyasında böyük etirazlar yaranacaq.

2028-ci ilin avqust ayında yad planetlilər və zaman maşını ictimaiyyətə təqdim olunacaq. 2029-cu ilin fevral ayında isə “The one” adlı çip insanlara yerləşdiriləcək və insanların sağlamlıq vəziyyəti daima nəzarətdə saxlanılacaq.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP