ONN MEDİA

7 YAŞLI MİLYONÇU – Azyaşlı bu yolla dünyada məşhur oldu

7 YAŞLI MİLYONÇU – Azyaşlı bu yolla dünyada məşhur oldu
03 Dekabr 2018 - 21:45

"Forbes" jurnalı "Yutub"da ən çox qazanan blogerlərin reytinqini açıqlayıb.

ONN media xəbər verir ki, siyahıda 30 yaşa qədər olan blogerlər yer alıb.

Reytinqin birincisi 7 yaşlı Rayan adlı uşaqdır. O, valideynləri ilə birlikdə "Ryan Toys Review" kanalında müxtəlif oyuncaqları nümayiş etdirməklə məşhurlaşıb. Rayanın kanalının 17 milyon abunəçisi var. Onun videoları 26 milyard izləyici toplayıb. Bir il ərzində kanal Rayanın ailəsinə 22 milyon dollar gəlir gətirib.

Reytinqdə ikinci pillədə qərarlaşan Cek Polun 17 milyondan çox abunəçisi var. Onun kanalında müsiqili və komediya janrlı videolar üstünlük təşkil edir. Cekin illik gəliri 21 milyon dollardan yüksəkdir.

İlk üçlüyü "Dude Perfect" komandası qapayır. 5 dost ildə 20 milyon dollar qazanır. Kanalın təxminən 37 milyon abunəçisi var.(publika.az)

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP