ONN MEDİA

Dünyanın ən uzunömürlü insanı o oldu

Dünyanın ən uzunömürlü insanı o oldu
09 Mart 2019 - 19:27

Ginnesin rekordlar kitabını nəşr edən “Cim Pattison Group” 116 yaşlı yapon qadını planetin ən uzunömürlü insanı təsdiq edib.

Ginnesin rekordlar kitabına daxil edilən Kane Tanaka adlı qadın 1903-ci il yanvarın 2-də Tokioda anadan olub. Həmin il Vrayt qardaşları bəşər tarixində ilk motorlu uçuşu həyata keçiriblər. O, 1922-ci ildə ailə qurub dünyaya dörd uşaq gətirib. Planetin ən uzunömürlü sakini hər gün səhər saat 6-da yuxudan oyanır, günortayadək riyaziyyat və kalliqrafiya ilə məşğul olur.

Yaponiya uzunömürlülərin sayına görə dünya lideri sayılır. Bundan əvvəlki ən yaşlı yapon – Jiroemon Kimura 2013-cü ildə 116 yaşında vəfat edib. Ginnesin rekordlar kitabına daxil edilmiş ən uzunömürlü insan isə 1997-ci ildə vəfat etmiş fransız Jan Luis Kalmen olub. (Azərtac)


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP