ONN MEDİA

Ekstrasens 50 illik cinayətin üstünü açdı – TÜKLƏRİ BİZ-BİZ EDƏCƏK OLAY

Ekstrasens 50 illik cinayətin üstünü açdı – TÜKLƏRİ BİZ-BİZ EDƏCƏK OLAY
14 Dekabr 2018 - 22:44

ABŞ vətəndaşı Mayk Kerroll yaşadığı evin zirzəmisində 50 il əvvəl itkin düşən atasının skeletini aşkar edib.

ONN media xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb. DNT-test də qalıqların Corc Kerrolla aid olduğunu təsdiqləyib.

Oğlunun açıqlamasına görə, atası 1961-ci ildə onun 8 yaşı olanda itkin düşüb. Böyüdükdən sonra Mayk atasını axtarmaq qərarına gəlib və ekstrasensə müraciət edib. Ekstrasens ona atasını evin zirzəmisində axtarmağı məsləhət görüb.

"Ekstrasens mənə dedi ki, atanı küt alətlə öldürüblər. Zərbə başından dəyib və onu diri-diri basdırıblar", – deyə Mayk bildirib.

Polis də Maykın atasının başından aldığı zərbə nəticəsində öldüyünü təsdiqləyib.

Hazırda polis Corcun ölümünü qətl hadisəsi kimi araşdıır.

 


ONN informasiya agentliyi

image_print Çap Et
Ekstrasens 50 illik cinayətin üstünü açdı – TÜKLƏRİ BİZ-BİZ EDƏCƏK OLAY
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP