Günəş 3 dəfə tutulacaq – BU TARİXLƏRDƏ

ONN media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2019-cu il baş verəcək Günəş tutulmalarının vaxtını açıqlayıb.

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylovun sözlərinə görə, gələn il 3 Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

Belə ki, ilk Günəş tutulması yanvarın 6-da Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona yetəcək.

Növbəti Günəş tutulması iyulun 2-də yerli vaxtla saat 20:55-də baş verəcək və 3 iyul 01:50-də sonlanacaq.

Sonuncu Günəş tutulması isə dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.