ONN İnformasiya Agentliyi

Nadir görülən hadisə – Nəvəsini dünyaya gətirdi

Nadir görülən hadisə – Nəvəsini dünyaya gətirdi
01 Aprel 2019 - 22:32

Britaniyanın Coventry şəhərində yaşayan Tracey Smith adlı qadın 15 yaşında olarkən yeniyetməlik dövrünə girmədiyi üçün həkimə müraciət edib.

ONN media mətbuat.az -a  istinadla bildirir ki, qadın yumurtalıqları və fallop borucuqları olmasına baxmayaraq uşaqlığının olmadığını öyrənib. Bu vəziyyət onun uşaq sahibi ola bilməyəcəyi mənasını verirdi.

Qadının 55 yaşlı anası Emma Miles uşaqlığı olmayan qızı üçün daşıyıcı analıq edərək öz nəvəsini dünyaya gətirib.

Yaşadıqlarını mətbuata açıqlayan Miles “Tracey üçün çox kədərlənirdim. Bir gün ona körpəsini daşıya biləcəyimi dedim. Əgər yenidən belə bir şey istəsələr yenidən daşıyıcı analıq etməyə hazıram” deyə bildirib. 3.4 kiloqram ağırlığında olan qız körpəsinin sağlamlıq vəziyyəti normaldır.

2016-cı ildə Yunanıstanda nəvəsini dünyaya gətirən 67 yaşlı Anastasiya Ontou dünyanın ən yaşlı daşıyıcı anası olmuşdu.

Doğuşdan qadınlarda uşaqlığın olmaması kimi açıqlanan bu sindroma 5 min qadından birində rast gəlinir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png