ONN İnformasiya Agentliyi

Sevgilinizin başqasına getməsini istəmirsinizsə… – Bürclərin İNANILMAZ YÖNLƏRİ

Sevgilinizin başqasına getməsini istəmirsinizsə… – Bürclərin İNANILMAZ YÖNLƏRİ
07 İyun 2019 - 19:22

Biz hamımız əbədi və qarşılıqlı sevgi həsrətindəyik. Sevgidə uğur qazanmaq yolunda aparılan mübarizə üsulları bürclərə əsasən dəyişir. Sevdiyi insanın həyatından getməməsi üçün hər zodiak işarəsi özünün taktika və stategiyasını işə salır. Astroloqlar bürclərə görə mübarizə yollarını tərtib edib.

ONN media oxucuları bu üsullarla tanış edir:

Qoç

Qoçlar çox emosionaldır. Vəziyyət kəskinləşən kimi onlar yox ola və ya təsəllini başqasında axtara bilər. Onların açar sözü “yenisi”dir. Odur ki, bu bürcün nümayəndələrini nəzarətdən buraxmayın.

Buğa

Onlar aşiq olduğu insanla münasibətlərini qorumaq üçün mümkün olan hər şeyi edəcək. Lakin Buğa bürclərinin sizə qarşı heç bir hissi yoxdursa, bütün cəhdlər puça çıxacaq, vaxtınızı boşa xərcləməyin.

Əkizlər

Onlar mövqeyini sürətlə dəyişir, çünki daimilik Əkizlər üçün sadəcə ölümə bərabərdir. Amma kiçik bir sirr var, hisslərinizin gücünə və səmimiliyinə inandırın və onlar həmişə sizin yanınızda olacaq.

Xərçəng

Xərçənglər son dərəcə hissiyatlı bürcdür. Onların ən böyük qorxusu qarşılıqsız həssaslıqdır. Onlara dürüst və etibarlı münasibətlər verin, o zaman sizi heç bir halda tərk etməyəcəklər.

Şir

Şir bürcləri əylənməyi və diqqət mərkəzində olmağı sevir. Birinciliyi güzəştə gedin və onlara hər zaman heyran olun.

Qız

Analiz etmək bacarığı sayəsində onlar real vəziyyəti görməyi və bu situasiyanı düzgün qiymətləndirməyi bacarır. Odur ki, insanlardan ayrılmağa tez qərar verir. Onları saxta səmiyyətə inandırmaq və geri qaytarmaq mümkünsüzdür.

Tərəzi

Tərəzi bürcləri insanlararası münasibətlərdə həmişə harmoniya və balans tapmağa çalışır. Onların sosial öhdəliklərini dəstəklədiyinizi hiss etdirin.

Əqrəb

Bu bürclə ehtiyatlı olun. Onlar qəlbini nə bahasına olursa-olsun müdaifə edir. Sadəcə səmimi olun və Əqrəbləri dəyişdirməyə çalışmadan əminlik ötürün.

Oxatan

Oxatanlar üçün ən vacibi əyləncədir. Sevgini döyüş janrında bir filmə çevririn və görəcəksiniz ki, onlar artıq sizə aşiq olub.

Oğlaq

Oğlaq bürcləri əylənməyi və dincəlməyi gözəl bilir, amma görüşə gəldikdə hədəfləriniz məqsədi doğrultmalıdır. Onlardan nə istədiyinizə dair çox açıq olun.

Dolça

Onlar bərabərlik haqqında dərindən düşünür, lakin bu dəyərləri insanlararası münasibətlərdə tətbiq etmək çətin olur. Onların qəlbinə gedən ən sürətli yol – fikirlərin canlı müzakirəsi və təhlildir.

Balıq

Balıqlar inanılmaz empatiyasıyla və duyğusal dərinliyi ilə məşhurdur. Onları tutmağa çalışmayın – bu sirli varlıqlar Yer kürəsinə həmişə aid ola bilmir.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png