ONN MEDİA

Tibb tarixində İLK – Xəstə QİÇS-dən SAĞALDI

Tibb tarixində İLK – Xəstə QİÇS-dən SAĞALDI
05 Mart 2019 - 18:20

Tibb tarixində nadir rast gəlinən hadisə baş verib.

ONN media xəbər verir ki, İngiltərədə HİV+ diaqnozu qoyulan bir xəstə müalicədən sonra QİÇS xəstəliyinə səbəb olan bu virusdan qurtulub.

Bu, QİÇS xəstəliyinə qalib gəlmək yolunda tibb tarixində rast gəlinən ikinci hadisədir.

Adı açıqlanmayan, “londonlu xəstə” adlandırılan həmin şəxs nadir genetik mutasiyası sayəsində HİV-ə qarşı immuniteti olan bir donordan ilik qəbul edib və müalicə olunaraq sağalıb. Xəstəliklə mübarizədə içdiyi dərmanlara 18 ay öncə son verən xəstədə HİV virusuna rast gəlinməyib. Həkimlər xəstədə virusa rast gəlməsə də, xəstənin tamamilə sağaldığını demək üçün tez olduğunu bildirib.

Qeyd edək ki, ilk belə hadisə Almaniyada qeydə alınıb. 2003-cü ildə HİV+ virusu aşkarlanan bir xəstə 2012-ci ildə “Hodqkin lemafoma” adı verilən bir tip qan xərçənginə tutulub. 2016-cı ildə xəstənin xərçəngin müalicəsi üçün ilik nəqli edilib. Bunun sayəsində həm də QİÇS-dən tamamilə qurtulan şəxs “berlinli xəstə” adlanırdı.

Xatırladaq ki, 1980-ci illərdən sonra sürətlə yayılan QİÇS xəstəliyi dünya miqyasında 35 milyon insan ölümünə səbəb olub.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP