ONN İnformasiya Agentliyi

Turistlər üçün “Buz otel” istifadəyə verildi

Turistlər üçün “Buz otel” istifadəyə verildi
11 Fevral 2018 - 11:32

Rumıniyanın Sibiu regionunda yerləşən Balea gölü üzərindəki buzdan inşa edilmiş otel turistlərin ixtiyarına verilib.

ONN media "Report"-a istinadən xəbər verir ki, otelin rəsmi açılış mərasimində Kanada, Bolqarıstan və Moldovanın Rumıniyadakı səfirləri iştirak edib.

"Buz otel"də 16 otaq, eləcə dünya şöhrətli musiqiçilər Madonna, Maykl Cekson, Elvis Preslinin buzdan hazırlanmış abidələri mövcuddur. Oteldə gecələmək istəyən turistlər 100, onun ərazini gəzmək istəyənlər isə təqribən 5 avro ödəməli olacaqlar.

Hər tərəfdən Karpat dağları ilə əhatə olunan otel dəniz səviyyəsindən 2 min metr yüsəklikdə yerləşir. Bura uzunluğu 3700 metr olan kanat yolu vasitəsiylə gəlmək mümkündür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png