ONN İnformasiya Agentliyi

Bakıda 5 milyon dollarlıq İNANILMAZ TOY: 3 gün, 3 gecə…

Bakıda 5 milyon dollarlıq İNANILMAZ TOY: 3 gün, 3 gecə…
10 May 2019 - 20:23

Bakıda 3 gün 3 gecə davam edən, milyonların xərcləndiyi dəb-dəbəli hind toyu keçirilib.Varlı ailələrin övladalrı olan cütlüyün toyunda dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar da iştirak edib. İddialara görə toyda 5 milyon dollardan çox pul xərclənib.

ONN media xəbər verir ki, Bakıda daha bir dəb-dəbəli Hind toyu baş tutub. Amma bu dəfə toy 3 gün 3 gecə keçirilib. Qonaqlar 3 gün ərzində yeyib -içib əyləniblər.

Paytaxtımızda, dəniz kənarında yerləşən 5 ulduzlu otellərdən birində keçirilən toyda Hindistanla yanaşı, Birləşmiş Ərəb Əmərlikləri, Amerika Birləşmiş ştatları və digər ölkəkələrdən çoxlu sayda qonaqlar iştirak edib. Toy tamamı ilə hind adətələrinə uyğun şəkildə təşkil edilib.

4,5 və 6 may tarixlərində başa tutan toyda 5 milyon dollardan çox pul xərcləndiyi iddia edilir. Manish və Barkha adlı cütlüyün toyunda bəy , gəlin və eyni zamanda digər qonaqların bəzədilməsi üçün dünyaca məhşur mobil gözəllik salonu xidmət göstərib və toyun keçirildiyi əraziyə retro avtomobillər gətizdirilib.

Qeyd edək ki, varlı Hindlilərin xarici ölkələrdə toy etmək adəti bütün dünyada məşhurdur və son zamanlar toy üçün seçilən ölkələrində arasında Azərbaycan tez-tez yer alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png