ONN İnformasiya Agentliyi

DİQQƏT! Bunu edirsinizsə, məlumatlarınız oğurlanır

DİQQƏT! Bunu edirsinizsə, məlumatlarınız oğurlanır
11 Mart 2019 - 23:04

Belçikanın Leven Universitetinin alimlərinin məlumatına görə, “Wi-Fi” şəbəkəsinə qoşulma imkanına malik olan bütün qurğular təhlükə altındadır. Ekspertlər bildiriblər ki, bu üsulla internetə daxil olan istənilən cihaza müdaxilə mümkündür.

ONN media bildirir ki, 2006-cı ildən etibarən sertifikatlaşdırılmış avadanlığa quraşdırılan “Wireless Protected Access 2” (WPA-2) adlı şəbəkə təhlükəsizlik texnologiyası marşrutlayıcıları müdaxilədən qoruyur. “WPA-2” texnologiyası ən yeni şifrləmə standartlarından istifadə edir, şəbəkəyə qoşulma isə 4 mərhələdən ibarətdir. Ancaq hakerlər müdaxilə üçün “Key Reinstallation Attacks” (KRACK) proqramından istifadə edirlər. “Wi-Fi” vasitəsilə qurğuya müdaxilə etmiş hakerlər istifadəçi haqqında bütün informasiyanı, həmçinin parol və bank kartının məlumatlarını ələ keçirə bilərlər.

“Google” və “Apple” kimi nəhəng şirkətlər artıq belə boşluğu aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri çıxarıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png