ONN İnformasiya Agentliyi

“Facebook” kriptovalyuta yaradır

“Facebook” kriptovalyuta yaradır
18 İyun 2019 - 17:56

“Fecebook” şirkəti özünün Libra adlı yeni kriptovalyutasını yaradıb.

ONN media xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberq sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Fecebook, Uber, Mastercard, Spotify, Vodafone, Ebay və digər şirkətlər daxil olmaqla ümumilikdə 27 şirkətlə “Libra” adlı qeyri-kommersiya assosiasiyası yaradıb və bu, 2020-ci ildə eyniadlı kriptovalyuta buraxmağı planlaşdırır.

Missiyanın məqsədi sadə qlobal maliyyə infrastrukturu yaratmaqdır ki, bu da bütün dünyada milyardlarla insana yeni imkanlar təqdim edəcək: “Milyardlarla insanın bank xidmətindən yararlanmaq imkanı yoxdur, lakin onların mobil telefonları var”.

Zukerberq həmçinin qeyd edib ki, assosiasiya “Calibra” adlı törəmə müəssisəsi yaradıb: “Gələn il vatsap və messencerdə təqdim ediləcək rəqəmsal cüzdan ilə Libranı göndərmək, xərcləmək və saxlamaq üçün imkan yaradan fərdi tətbiq istifadəyə veriləcək”.

Bundan başqa, o, əlavə edib ki, xidmətdə saxlanılan informasiya facebook məlumatlarından ayrı saxlanılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png