ONN İnformasiya Agentliyi

“iPhone 11″in özəllikləri açıqlandı

“iPhone 11″in özəllikləri açıqlandı
16 Yanvar 2019 - 11:42

“Apple” şirkətinin “iPhone 11” modelinin özəllikləri haqda artıq ABŞ mediasına müəyyən məlumatlar sızıb.

Bu ilin sentyabrında təqdimatı planlaşdırılan “iPhone 11″in bəzi özəllikləri haqda artıq müəyyən məlumatlar yayılıb.

ONN media xəbər verir ki, ötən il 3 modeli ilə gözləntiləri əldə edə bilməyən “Apple” şirkəti bu il də “iPhone”un yeni modeli ilə diqqətlərini üzərinə cəmləməyi planlaşdırır. Məlumata görə, yeni telefon modelinin 3 kamerası var. Yeni modelin həmçinin Wi-Fi-nın daha sürətli olduğu bildirilir.

Yayılan qeyri-rəsmi məlumata görə, şirkət bu il “iPhone SE 2” modelini də təqdim edəcək. Ümumilikdə isə bu il 4 “iPhone” modelli telefonun satışı proqnozlaşdırılır.




ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png