ONN İnformasiya Agentliyi

Kirpi qış yuxusundan erkən oyandı və…-FOTO

Kirpi qış yuxusundan erkən oyandı və…-FOTO
23 Yanvar 2019 - 14:21

Britaniyanın Şropşir qraflığının Maç-Venkok şəhərindən olan heyvan haqları müdafiəçiləri stressdən tikanları tökülən “Ayı” adlı gənc kirpinin qeydinə qalır.

ONN media xəbər verir ki, “Cuan Wildlife Rescue” heyvanların qorunması mərkəzinin meneceri  Fren Hil belə halla ilk dəfə qarşılaşdıqlarını deyib.

“Mən “Cuan”da artıq 10 ilə yaxındır işləyirəm, bu vaxt ərzində altı-yeddi keçəl kirpi rastıma çıxıb, ancaq vəziyyət bu qədər pis olmayıb. Həmin kirpilər 65-70 faiz tikandan məhrum olmuşdusa, “Ayı” tikanlarının təxminən 97 faizini itirib”, – deyə Fren Hil bildirib.

Kirpi donub, aclıqda və susuzluqdan əziyyət çəkib. Adətən, oktyabr ayında bu heyvanlar qış yuxusuna gedir və aprel ayında oyanaraq yuvalarından çıxırlar. Yəni əsas şərt temperaturun 15 dərəcəyə qədər yüksəlməsidir.

“Qabağına pişik yemi qoyduq, yedi, üstündən isə düz dörd dəqiqə su içdi”, – deyə mərkəzin meneceri bildirib.

Mərkəzin əməkdaşları əmindir ki, “Ayı”nı onun qulağına düşən gənələr oyadıb. Parazitlərə, vaxtından əvvəl oyandığına, soyuğa və keçirdiyi stressə görə kirpinin tikanları tökülməyə başlayıb. Oxu.az

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png