ONN İnformasiya Agentliyi

Misirdə “Qoy evdə qalsın” kampaniyası

Misirdə “Qoy evdə qalsın” kampaniyası
11 Fevral 2019 - 11:30

Misirli gənclərin sosial şəbəkələrdə “Qoy evdə qalsın” şüarı ilə başladığı boykot kampaniyası qısa müddətdə ölkə gündəminə çevrilib. 

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənclər bu etirazlarını evlilik, toy xərclərinin artması və qızların maddi istəkləri ilə əlaqələndiriblər.

Mövzu ilə bağlı diskussiyalara siyasətçilər, media mənsubları, din xadimləri və sənətçilər də qoşulub.

Misirli qızlar oğlanlara cavab olaraq, “Ananın qucağında qal” şüarı ilə kampaniya başladıblar.

Xatırladaq ki, belə bir mövzunun gündəmə gəlməsinə ölkədə nəşr edilən “El-Yevm es-sabi” qəzetinin “Qoy evdə qalsın” kampaniyası ilə bağlı sorğusu olub. Sorğunun nəticələrinə görə, iştirakçıların 44 faizi boykotu dəstəkləyərkən, 53 faizi yox deyib. 3 faiz bir qrup isə “fikrim yoxdur” deyə cavab verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png