ONN İnformasiya Agentliyi

Oğurluq hadisəsindən 10 il sonra qapısına bağlama gəldi və… – İNANILMAZ OLAY

Oğurluq hadisəsindən 10 il sonra qapısına bağlama gəldi və… – İNANILMAZ OLAY
24 May 2019 - 20:43

Britaniyanın Kardiff şəhərində kişi qadından 10 il əvvəl oğurlanan pulqabını özünə qaytarıb.

ONN media xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Belə ki, 2009-cu ildə 18 yaşlı Bekka Milsom soyulub: o, iti ilə gəzdiyi vaxt maşınının şüşəsi sındırılıb, avtomobildən pulqabısı götürülüb, hadisənin şahidləri oğrunu tuta bilməyiblər. Qadın oğurlanan pulqabısının nə vaxtsa qaytarılacağına ümid etməyib.

10 il sonra qadının atasının ünvanına bağlama gəlib. Onda oğurlanmış pulqabı və sənədlər olub. Yanında isə Corc adlı birinin Milsonun əşyalarını Kardiffdə otluqda tapdığı yazılan qeyd olub. Adam zarafatca onun kredit kartlarının artıq, yəqin ki, işləmədiyini yazıb.

“Bu, mənə dünyada yaxşı insanların olduğunu göstərdi. Pulqabımın qaytarıldığına çox sevindim”, – Milson deyir və Corcu tapıb ona təşəkkür etmək istəyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png