ONN İnformasiya Agentliyi

Tvitterdə növbəti qalmaqal

Tvitterdə növbəti qalmaqal
15 May 2019 - 11:15

ONN media xəbər verir ki, məşhur sosial şəbəkələrdən olan tvitter bu dəfə istifadəçilərin yerləşdiyi məkanlarla bağlı məlumatları üçüncü şəxslərə -reklamverənlərlə paylaşması qalmaqalı ilə gündəmə gəlib.

Narazılığa səbəb olan bu məlumatdan sonra açıqlama verən şirkət bunun bir virusdan qaynaqlandığını bildirib.

Bu məlumat isə istifadəçilərin ciddi narahatlığına səbəb olub. İndi istifadəçilər bu şəxsi məlumatlarının kimin əlində olmasından xəbərsizdir.

Sosial şəbəkənin öz saytında verilən açıqlamada bu məlumatların göndərilən tərəfdə saxlanılmadığını, problem anlaşılan kimi silindiyini açıqlayıb. Şirkət həmçinin istifadəçilərindən üzr istəyib. Bu problemin bir daha təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirdiklərini bildirib.

Qeyd edək ki, bundan əvvəl feysbuk sosial şəbəkəsi istifadəçilərin şəxsi məlumatlarda gizlilik tələbini pozması ilə gündəmə gəlmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png