ONN İnformasiya Agentliyi

“WhatsApp”da hər kəsin gözlədiyi – YENİLİK

“WhatsApp”da hər kəsin gözlədiyi – YENİLİK
21 Yanvar 2019 - 19:37

“WhatsApp” messenceri bir istifadəçinin eyni mesajı təkrar olaraq göndərməsini məhdudlaşdırır.

ONN media xəbər verir ki, yeni qaydalarla bir ismarıcı maksimum beş istifadəçiyə göndərmək olacaq.

Bundan əvvəl bir istifadəçi eyni mesajı ən çoxu 20 dəfə göndərmək imkanına malik olub. Messencerə sahib olan “Facebook” yalan informasiyanın yayılması ilə mübarizə fonunda “WhatsApp”da bu yeni qaydaları tətbiq edir.

Bu məhdudiyyət artıq altı aydır ki, Hindistanda fəaliyyət göstərir. Hindistan hakimiyyəti “Facebook”u “WhatsApp”da qeyri-qanuni materialların paylaşımına nəzarət etməyə məcbur edəcək qanunun qəbul edilməsini müzakirə edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png