“Aşıq Qərib” baleti təqdim ediləcək

Yanvarın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” baleti təqdim ediləcək.

ONN media xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.

Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.

Baletmeysteri Xalq artisti Qəmər Almaszadə olan balet Əməkdar artist İsmayıl

Ələkbərov tərəfindən idarə olunacaq.