ONN İnformasiya Agentliyi

Bakıdakı heykəllərlə bağlı – Mühüm təklif

Bakıdakı heykəllərlə bağlı – Mühüm təklif
17 Aprel 2019 - 15:55

Daim bu və ya digər müstəvidə sosial məsələləri gündəmə gətirən ekspert Azər Allahverənov paytaxtda müxtəlif ərazilərdə ucaldılan heykəllər haqda ətraflı məlumat lövhələrinin yerləşdirilməsini təklif edib.

ONN  xəbər verir ki, o, “Axundov” bağında ucaldılan Azərbaycanın görkəmli mütəfəkkiri, yazıçı və pedaqoq Mirzə Fətəli Axundovun heykəlində heç bir qeydin olmadığını bildirib.

“Mirzə Fətəli Axundovun heykəlinin yanından keçərkən fikir verdim ki, bu şəxs barədə hər hansı yazı yoxdur. Olduqca vacibdir ki, Bakı şəhərində heykəlləri ucaldılmış bütün şəxslər barədə qısa məlumat elə həmin heykəllərin yanında quraşdırılmış məlumat lövhələrində ən azı Azərbaycan, rus və ingilis dillərində verilsin. Bu nəinki ölkəyə gələn turstlərin məlumatlandırılması baxımdan vacibdir, bu, həm də ölkə vətəndaşlarının maariflənməsi nöqteyi-nəzərindən gərəklidir. Yeri gəlmişkən, bu vəzifəni həm də müasir texnoloji imkanlardan geniş istifadə etməklə həyata keçirmək mümkündür. Bu layihəyə dair maraqlı ideyalarım var”.

A.Allahverənov bildirib ki, Bakıda ucaldılan əksər heykəllərlə bağlı problem eynidir. Ya heykəlin kimə məxsus olması haqqında məlumat yoxdur. Ya da təkcə həmin şəxsin ad və soyadı var:

“Eyni bir mənzərə həm də əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adına ucaldılmış monument ətrafında da var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png