ONN MEDİA

Elman Rəfiyev: “Biz uzun müddətdir ki, gözləyirdik”

Elman Rəfiyev: “Biz uzun müddətdir ki, gözləyirdik”
12 Mart 2019 - 14:24

Teatr və konsert müəssisələrində çalışan işçilərin maaşlarının 50% artırılması çox böyük və sevindirici hadisədir. Biz uzun müddətdir ki, bu qərarı gözləyirdik. Cənab prezident verdiyi sərəncamla bir daha sübut etdi ki, o mədəniyyət, incəsənət adamlarını yüksək qiymətləndirir.

ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyib.

O bildirib ki, bu sərəncamdan sonra incəsənət işçilərinin məsuliyyəti daha da artmalıdır: “Ümidvaram ki, bütün incəsənət xadimləri möhtərəm prezidentimizin bu diqqət və qayğısından bəhrələnə biləcək, işlərində sıçrayışlar edəcəklər. Musiqi və teatr mədəniyyətinin inkişafında daha ciddi işlər görüləcək və göstərilən etimadın əvəzi ödəniləcəkdir.

Bilirsiniz, Martın 10-u Azərbaycanda Milli Teatr Günü qeyd olundu. Verilən sərəncam belə özəl bir günün hədiyyəsidir. Bu fərman, sənət adamlarını sosial-rifah halını yaxşılaşdıracaq. Ona görə mən bu qərarı alqışlayıram və cənab prezidentə təşəkkürümü bildirirəm.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək. Olaylar

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP