ONN İnformasiya Agentliyi

“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” – Xalq artisti

“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” – Xalq artisti
16 May 2019 - 19:22
Xalq artisti Firəngiz Mütəllimova “Şou ATV” proqramında qonaq olub.
ONN media xəbər verir ki, sənətçi beyin əməliyyatı keçirməmişdən öncə yaşadıqlarından söz açıb:
“Mənə söyləmişdilər ki, tam yaddaşını itirə, arabaya məhkum ola, hərəkətsiz qala bilərsən. Ən böyük riskə gedib, əməliyyat olunmalıydım. Beynimdən şişi götürəcəkləri aparat da yox idi. Qardaşım təzə ürək əməliyyatı olunmuşdu.Yaşar Nuri, Telman Adıgözəlov rəhmətə getdi. Stress yaşadım. Qərar verməli idim ki, ya qalmalıyam, ya getməliyəm. Həkim dedi ki, üç saatdan sonra da ölə bilərsən, 80 yaşında da, buna zəmanət vermirəm, artıq beynin qanayır. Aktrisanın səhnəyə son dəfə çıxışı nə deməkdir? Mənə elə güllər gətirib qoyurdular. Amma heç biri gözümdə deyildi. Səhnəyə, zala döndüm elə baxdım ki, onu heç kim hiss etmədi. Fikirləşdim ki, görəsən, mən bir də nəinki teatra, Azərbaycana qayıda biləcəyəmmi? Allah özü mənə elə yol açdı ki, türkiyəli həkim dedi ki, onun əməliyyat pulunu götürmürəm. Bu əməliyyat çox bahadır. Bütün hər şeyi ödədik, həkimə çatan pulu ödəmədik, istəmədi. Gələndən iki ay sonra açıqlama verdim. Bəziləri dedi ki, şou edir. Həkim dedi əlini qaldır, qaldırdım, amma ayaqlarım tərpənmədi. Həkimə dedim ki, narahat olmayın, mən yeriyəcəm”.(Axşam.az)
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png