ONN MEDİA

Muğam Mərkəzində musiqi festivalı keçiriləcək

Muğam Mərkəzində musiqi festivalı keçiriləcək
10 Aprel 2019 - 16:09

Aprelin 15-də və 16-da Beynəlxalq Muğam Mərkəzində “OSEP 2019” layihəsi çərçivəsində Bülbül adına  Orta İxtisas Musiqi Məktəbi həyata keçirdiyi “Şərqlə-Qərbin körpüsündə” adlı musiqi festivalının tədbirləri keçiriləcək.

ONN media bildirir ki, “OSEP 2019” layihəsi çərçivəsində keçirilən “Şərqlə-Qərbin körpüsündə” adlı Musiqi festivalı aprel ayının 8-də başlayaraq 17-nə kimi davam edəcək.

Festivalda  Xalq Çalğı Alətləri, Fortepiano və  Orkestr şöbəsi, “Tutti” Kamera Orkestri,  Azərbaycan Dövlət Gənclər və Simfonik Orkestri, Bülbül  adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərindən ibarət xorunun ifasında Azərbaycan Muğam sənətinin inciləri və “Barokko” dövrünün əsərlərinin  səsləndirilməsi nəzərdə tutulub.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP